"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Messini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirilib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçu ilə maraqlanmadıqlarını deyib:
"Messi üçün "Barselona"ya təklif göndərməyi düşünmürük. Yayılan xəbərlər şayiədir. Messi qırdığı rekordlarla "Barselona" üçün önəmli futbolçu olduğunu göstərir".
Qeyd edək ki, "Mançester Siti" Messiyə görə 250 milyon avrosundan keçəcəyinə razı olduğu iddia edilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.