"Barselona" yarımmüdafiəçisi Rafinya ilə müqavilənin müddətini uzadıb.
Cia.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu rəhbərliklə görüşüb və tərəflər arasında razılıq əldə olunub.
22 yaşlı futbolçu yaxın günlərdə Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2013-cü ildə "Barselona" ilə 3 illik müqavilə imzalayan Rafinyanın təzminat qiyməti 30 milyon avro idi. Yeni sözləşməyə əsasən onun təzminat qiymətinin yüksələcəyi bildirilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.