banner
banner

Dünya

Ermənistanda kütləvi zəhərlənmə: 43 uşaq xəstəxanaya düşdü

Ermənistanda kütləvi zəhərlənmə:

Ermənistanın Ararat vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

Ermənistan Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda azı 45 uşağın zəhərləndiyi bildirilir.

Nazirliyin məlumatında deyilir ki, Baqramyan kəndindən olan bir neçə şagird ürəkbulanma, başgicəllənmə, ümumi zəiflik və mədə ağrısı şikayətləri ilə həkimə müraciət edib. Onlarla digər məktəblidə də oxşar əlamətlər qeydə alınıb.

Hazırda 43 məktəbli xəstəxanalara yerləşdirilib. Daha 2 şagird isə ambulator müalicəyə buraxılıb. Şagirdlər məktəbin bufetində hot-doq yeyəndən sonra bu vəziyyətə düşdüklərini deyiblər.

Bu, Ermənistanda uşaqların qidadan kütləvi şəkildə zəhərlənməsinə dair ilk belə hal deyil. 2014-cü ilin noyabrında da İrəvandan 20 km aralıdakı Yeqvard qəsəbəsindəki uşaq bağçasında 70-dən çox azyaşlı qidadan zəhərlənmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.