|
PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Fransa Liqasında "Bordo"ya qarşı matçı buraxacaq. Cia.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun baş məşqçisi Loren Blan məlumat verib. O deyib ki, isveçli hücumçu tam hazır deyil: "Buna görə də İbrahimoviç istirahət edəcək. Amma "Malmö"yə qarşı oyuna tam hazır olacaq". Qeyd edək ki, Z.İbrahimoviç zədə səbəbindən Fransa Liqasında bir neçə oyunda iştirak etməyib. Cia.az
|


