banner
banner

Dünya

Belçikada qatar relsdən çıxıb- 18 nəfər xəsarət alıb

Belçikada qatar relsdən çıxıb-
Belçikada sərnişin qatarı vaqonunun relsdən çıxması nəticəsində 18 sərnişin xəsarət alıb. Bu barədə Belçika Milli Dəmir Yolları Cəmiyyətinə istinadən RİA "Novosti" məlumat yayıb.
Altı nəfərin xəsarəti ağır olub.
Şirkətin məlumatına görə, qəza Büizingen yaşayış məntəqəsi vağzalında baş verib. Qatar Sxarbek-Qerardsbergen marşrutu üzrə hərəkət edib və vaqonlarda 300-dən çox sərnişin olub.
Xəsarət almayan sərnişinlər təxliyə olunub. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.