banner
banner

Dünya

Rusiya misli görünməmiş hərbi təlimlərə başlayır

Rusiya misli görünməmiş hərbi təlimlərə başlayır
Sentyabrın 14-də Rusiyada miqyasına görə misli görünməmiş “Mərkəz - 2015” strateji hərbi təlimləri başlayacaq. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, təlimlərin ilk hazırlıq mərhələsi Mərkəzi Hərbi Dairəsi (MHD) qoşunlarının döyüş hazırlığının sentyabrın 7-də prezident Vladimir Putinin elan elədiyi əmrlə başlanan qəfil yoxlaması hesab edilir. Davam edən bu təlimlərə 95 min əsgər, 7 min texnika vahidi və 170 təyyarə cəlb edilib Təlimlər sentyabrın 12-dək davam edəcək. 
 
Yeni manevrlərdə MHD-nin 5, Qazaxıstanın isə 2 poliqonundan istifadə ediləcək. Təlimlərin hədəfi hələ ki, məxfi saxlanılır. Manevrlər 8 gün çəkəcək və MHD-nin on minlərlə hərbçisini, silahlı qüvvələrin, digər nazirliklərin və idarələrin bütün növ dəstlələrini vahid komandanlıq altında birləşdirəcək.
 
Təlimləri Putin şəxsən müşahidə edəcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.