İspaniya İdman Arbitraj Məhkəməsi “Barselona”nın Pikenin cəzasının yüngülləşdirməsi ilə bağlı müraciətinə baxıb.
Cia.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Cerard Pikeyə verilən 4 oyunluq cəzanın azaldılması ilə bağlı müraciəti təmin edilməyib. Beləliklə onun La Liqanın 3-cü turu çərçivəsində “Atletiko”ya qarşı matçda oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, Pike İspaniya superkubunda “Atletik”lə oyunda baş hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalmışdı. Onun hazırda iki oyunluq cəzası qalıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.