banner
banner

Dünya

Daha bir miqrant faciəsi: 28 nəfər dənizdə batdı

Daha bir miqrant faciəsi:

Avropaya getmək üçün yola çıxan miqrantlar yenə də faciə ilə üzləşib. Yunanıstan sahillərində içində miqrantlar olan qayıq aşıb.

Nəticədə azı 28 nəfər həlak olub. Qayıqda olan 68 nəfəri xilas etmək mümkün olub, 29 nəfər isə özləri sudan çıxa bilib.

Miqrantların hansı ölkədən olduğu hələ məlum deyil. Qayıq Yunanıstanın Farmakonisi adası yaxınlığında batıb. Hazırda həmin ərazidə axtarış-xilasetmə işləri aparılır.

2015-ci ilin əvvəlindən Avropa İttifaqı ölkələri ərazisinə 500 min miqrant gəlib. Onların çoxu Suriyada, İraqda, Liviyada və digər Yaxın Şərq ölkələrindəki müharibədən yaxa qurtarmaq üçün qaçanlardır. Qaçqınlar Avropaya əsasən dəniz yolu ilə gəlir. Onlara bu işdə yardım göstərən "işbazlar" var. Hər qaçqının Avropaya çatması 700-1500 avroya başa gəlir. Lakin bu kimi faciələr də baş verir. İndiyə qədər yüzlərlə miqran gəmi qəzaları nəticəsində, yaxud yük maşınlarında havasızlıqdan ölüb.

Avropa Komissiyası bəyan edib ki, hazırda müşahiudə olunan miqrant böhranı II dünya müharibəsindən sonra bütün dünyada qeydə alınmış ən böyük böhrandır.

Beynəlxalq Miqrasiya Təşkilatın hesabatında deyilir ki, Aralıq dənizi vasitəsi ilə Avropa üz tutan miqrantların sayı 350 min nəfəri keçib. Onlar daha çox Yunanıstan, İtaliya, İspaniya və Maltada məskən salırlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.