banner
banner

Dünya

“Siyasi iynələmə”: küçələrin adını dəyişmək oyunu

“Siyasi iynələmə”:

Bundan sonra rus diplomatları Kiyevdə Könüllü Batalyonlar küçəsində fəaliyyət göstərəcək.

Rəsmi Kiyev Rusiya konsulluğunun yerləşdiyi küçənin adını dəyişdirərək Şərqi Ukraynada rusiyapərəst seperatçılara qarşı vuruşan könüllü batalyonların şərəfinə adlandırıb.

Kiyev Şəhər Şurası bu qərarı keçən həftə verib. Yeni ünvan onlara Donbasda seperatçılara qarşı vuruşan vətənpərvərləri xatırladacaq.​

Bununla da rəsmi Kiyev şərqi Ukraynada seperatçılara dəstək verən Rusiyanı “iynələyir”. Əvvəllər bu küçə II dünya müharibəsi zamanı Moskvanın müdafiəsində iştirak edən bir qrup sovet ordusu əsgərləri olan panfilovçuların adını daşıyırdı.

Küçələrdə tabloların dəyişdirilməsi hələ tam başa çatmasa da “Google Maps” indidən onu “Könüllü batalyonlar” kimi göstərir.

Küçə adlarını qəyişdirməklə siyasi rəqibləri özündən çıxarmaq köhnə fəndlərdəndir. ABŞ-dan tutmuş İrana kimi bir çox ölkələr bu yoldan istifadə etməklə rəqib ölkəni qıcıqlandırıblar. Azərbaycanlıların dediyi kimi, ilanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər.

İndi də tarixə nəzər ataq. 1981-ci ildə İran Böyük Britaniya səfirliyinin yerləşdiyi küçənin adını Uinston Çörçilldən Bobbi Sandsa dəyişdirmişdi.

B.Sands Müvəqqəti İrland Reşpublikaçı Ordusunun məşhur fəallarından biri idi. Elə həmin il Britaniya həbsxanasında İrlandiyada Britaniya idarəsinə etiraz olaraq aclığa başlamış, nəticədə ölmüşdü.

Bu addım Britaniyanın ciddi narazılığına səbəb olmuş və səfirlik həmin küçədən girişi bağlayaraq əks tərəfdəki küçədən açmışdı. Beləliklə də faktiki ünvan dəyişmişdi.

Amma keçən ay Britaniya hakimiyyəti yenidən girişi Bobbi Sands küçəsindən açacağını elan etmişdi. Çünki 2011-ci ildə tehranlılar Britaniyanın İranın nüvə proqramı üzündən tətbiq etdiyi sanksiyadan hiddətlənərək səfirliyi qarət etmişdilər.

1984-cü ildə Vaşinqton Sovet İttifaqının səfirliyi yerləşən küçəni dissident və hüquq müdafiəçisi Andrey Saxarovun şərəfinə dəyişdirmişdi.

Bu iki faktı əlaqələndirmək dəqiq olmasa da Sovet İttifaqı tezliklə uzun illərin qadadağasından sonra Saxarova Moskvaya qayıtmağa icazə verdi.

Hindistan və Çin də eyni üsuldan istifadə edib.

Kommunist rejiminin hələ başlanğıcında Çinin Şanxay şəhərində ABŞ səfirliyi yerləşən küçənini adı dəyişdirilərək Anti-Revizionizm Yolu (mövcud doktrinaya yenidən baxışdan imtinanı nəzərdə tutan konsepsiya-red.) adlandırılmışdı. Beləliklə, bu ölkə Sovet İttifaqı ilə antiamerikanizm həmrəyliyi göstərmişdi.

Hindistanda isə kommunist məmurlar Vyetnam müharibəsinin qızğın vaxtında Kəlküttədəki ABŞ səfirliyi yerləşən küçəni Ho Şi Min Saraninin şərəfinə adlandırmışdı. Sarani müharibənin böyük hissəsini Vyetnama rəhbərlik etmişdi və bu ölkənin inqilabi lideri idi.

Günü bu gün də küçə adlarının siyasi yönümdə dəyişdirilməsi ilə opponentlərə təsir etmə praktikası zəifləməyib. ABŞ senatoru Ted Kruz Kuba səfirliyi qarşısındakı küçənini adının dəyişdirilərək Vaşinqtonda öldürülən kubalı dissident Osvaldo Payanın şərəfinə adlandırılması üçün lobbiçilik edir.

Kuba hakimiyyətinin tənqidçisi olan O.Paya 2012-ci ildə öz həmfikri Harold Cepero ilə birlikdə avtomobil qəzasında ölüb. Onun tərəfdaşları və davamçıları Kuba hakimiyyətini bu qəzanın təsadüfi olmamasında ittiham edir.

Keçən ilsə Vaşinqtondakı Çin səfirliyinin qarşısındakı küçənini Çinin məşhur dissidentlərindən biri olan Liu Xiaobonun şərəfinə dəyişdirilməsi təşəbbüsü Pekindəki hakimiyyət məmurlarının qəzəbinə səbəb oldu.

Bu arada Berlində də fəallar ABŞ səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilərək MKİ-nin keçmiş əməkdaşı Snoudenin şərəfinə adlandırılmasına ümid edirlər.

Snouden böyük miqyasda dövlət izləmə proqramını ifşa edən ciddi sənədləri yaydığı üçün məsuliyyət daşıyır. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.