banner
banner

İdman

"Vüqar Nadirov gündəmimizdə deyil" – Samir Əliyev

"Vüqar Nadirov gündəmimizdə deyil" –

“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Rəvan"a qalib gəldikləri (3:1) matçdan sonra deyib.

"İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq" - deyə o bildirib.

S.Əliyev bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəklərini bildirib:

"Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır".

S.Əliyev Vüqar Nadirovun “Neftçi”yə keçmək ehtimalına da dəyərləndirib:

"Həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları Azərbaycan futboluna qazandıraq”.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.