banner
banner

Sağlamlıq

Bu qidalar iştahı azaldır - Arıqlamaq istəyənlərə SİYAHI

Bu qidalar iştahı azaldır -

Hər bazar ertəsi yeni bir pəhrizə başlayırıq, lakin həftə sonu olmamış pəhriz bitir. Artıq çəkidən şikayət edirsiniz, lakin dietanıza daxil olan yüngül qidalar sizi doyuzdurmur, özünüzü hər zaman ac hiss edirsiniz, iştahanıza əngəl ola bilmirsiniz və nəticədə pəhrizi  pozmaq məcburiyyətində qalırsınız,. İştahanıza əngəl olmaq istəyirsinizsə, təqdim edəcəyimiz qidaları yemək proqramınıza əlavə edin. Bu qidalar günlük vitamin, mineral, protein ehtiyacınızı ödəyəcək, eyni zamanda kalorili qidalar yeməyinizə mane olacaq.

 

Cia.az həmin qidaları təqdim edir:

 

Acı bibər

 

Acı bibəri birbaşa yeməyiniz iştahanıza birbaşa təsir etməsə də, yeməklərinizin içinə qatdığınız zaman bol su içmənizə səbəb olacaq, bu isə yeməkdən daha az kalori ilə ayrılmanıza şərait yaradacaq.

 

Ananas

 

Ananas protein həzmini sürətləndirdiyi üçün doydurucu xüsusiyyətə malikdir. Ananas eyni zamanda sellülit yaranmasının qarşısını alır.

 

 

Brokoli

 

Lif baxımından zəngin olan brokoli gün ərzində sizi tox saxlayacaq. Qaynamış brokoliyə yoqurt qataraq dieta proqramınıza əlavə edə bilərsiniz.

 

 

Cəfəri

 

Köp qovucu xüsusiyyəti nəticəsində cəfəri bədənə su toplamasının qarşısını alır. İştah azaltmağa kömək olan cəfəri eyni zamanda metabolizmin də sürətli işləməsinə kömək edir.

 

 

Yaşıl çay

 

Axşam yeməyinə qədər insan çox acır. Bu zamanı yaşıl çayla keçirə bilərsiniz. İştahkəsici xüsusiyyətə malik olan yaşıl çay aclıq hissi yaradan hormonların qarşısını alır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.