Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəsi şişdir.
Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir.
Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.
Xəstəliyin əsas risk faktorları:
- Siqaret çəkmək
- Spirtli içkilərin qəbulu
- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı "oturmayan" protez dili daim zədələdikdə və s.)
- Kimyəvi yanıqlar
- Çox isti qidaların və içkilərin daim qəbulu
- İrsiyyət.
Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir. Müalicə xəstəliyin ilkin mərhələlərində başlayarsa, xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.
Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağız suyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.
Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır.
Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur - törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.
Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq fərdi şəkildə seçilir.
Dil xərçəngi zamanı əsas müalicə metodu cərrahi əməliyyat sayılır. Əməliyyatdan sonra xəstəyə şüa terapiyası təyin oluna bilər. Əgər xəstəlik gecikmiş mərhələlərdə aşkar olunubsa, cərrahi əməliyyat tətbiq olunmur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.