Çinin şimal-şərq vilayəti Lyaoninin kömür mədənində qəza nəticəsində 24 nəfər ölüb.
AzNews.az xəbər verir ki, hadisə nəticəsində 54 nəfər yaralanıb. Hadisə, çərşənbə gününə keçən gecə şaxtada kömür tozunun yanması baş verib. Faciə zamanı quyunun dibində 89 şaxtaçı olub. Səhərə yaxın xilasetmə işləri tam başa çatıb, yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il Çin şaxtalarında 589 hadisə baş verib. Nəticədə mindən çox insan həlak olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.