banner
banner

Dünya

ABŞ universitetində professor həmkarını güllələyib

ABŞ universitetində professor həmkarını güllələyib
Birləşmiş Ştatların Missisipi ştatının Klivlend şəhərində yerləşən Delta Dövlət Universitetinin ərazisində atışma baş verib. İnsident nəticəsində bir nəfər ölüb.
İlkin məlumatlara görə, ölən şəxs universitetdə dərs deyən professorlardan biridir. Atışmanın baş verdiyi şəhərcik insidentdən sonra hüquq mühafizəçiləri tərəfindən dövrəyə alınıb. Tələbə və müəllim heyəti təxliyə edilib.
 
Ölən şəxs Tarix şöbəsində işləyən İtan Şmidt kimi eyniləşdirilib. Polis atəş açan şəxsi axtarışa verib və şübhəli şəxs qismində həmin universitetdə işləyən coğrafiya üzrə professor Şennon Lembin adını elan edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.