banner
banner

İdman

“Səhv etdim və partiyanın taleyi həll olundu…”

“Səhv etdim və partiyanın taleyi həll olundu…”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 132 final mərhələsinin cavab görüşləri keçirilib.

Cia.az xəbər verir ki, ilk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ təmsilçisi Fabiano Karuanayla heç-heçə oynayıb.

İki görüşün nəticəsinə görə Dünya Kubokuyla vidalaşan Məmmədov uğursuzluğu belə izah edib:

"Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi həll olundu. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur. Onlar bunu bağışlamır.

41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum".

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.