19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Cia.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabılı qələbə qazanıb. Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub. Millimiz növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.