banner
banner

Dünya

Türkiyədə daha 5 polis şəhid olub, 14 polis və əsgər yaralanıb

Türkiyədə daha 5 polis şəhid olub,

Kürd Fəhlə Partiyası (PKK) tərəfdarlarının Türkiyənin əsasən şərq və cənub-şərq bölgələrində hökumət qüvvələrinə qarşı terror aktları davam edir. Dinc əhali hücumlara məruz qalır.

Anadolu Agentliyinin məlumatına görə, ölkənin Mardin və Haqqari vilayətlərində PKK tərəfindən törədilən terrorlar nəticəsində 5 polis şəhid olub, ikisi yaralanıb. Terror aktları yola basdırılmış partlayıcılar vasitəsi ilə törədilib.

Başqa bir məlumatda isə bildirilir ki, Muşun Suluca kəndi ərazisində hərbçiləri daşıyan maşının keçdiyi yolun PKK tərəfindən partladılması nəticəsində 12 əsgər yaralanıb.

Diyarbəkirdə isə hökumət qüvvələri tərəfindən camilərin birində PKK-ya məxsus böyük bir cəbhəxana aşkarlanıb.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.