banner
banner

İdman

“Qarabağ” Londonda möcüzə axtarışında

“Qarabağ” Londonda möcüzə axtarışında
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmilçimiz “Qarabağ” da bu mərhələdə ilk oyununa çıxacaq.
 
Çempionumuz Londonda “Tottenhem”in qonağı olacaq. Artıq ardıcıl ikinci dəfə bu mərhələdə çıxış edən ağdamlılar bu cəhdlərində ötənilki nəticəsini yaxşılaşdırmaq üçün oynayacaq.
 
Şübhəsiz ki, “Qarabağ”ın rəqibi çox güclüdü. Üstəlik, səfər amili “Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir. Ancaq Ağdam klubu son illərdə qazandığı Avropa təcrübəsinin hesabına nəsə edə bilər.
 
Uzun müddətdi zədən səbəbindən yaşıl meydanlardan uzaq düşən Maksim Medvedevin sıraya dönməsi və oynamağa hazır olması Qurban Qurbanovun “əlini gücləndirən” amillərdəndir.
 
Heç vaxt bu qədər geniş heyətlə oynamayan Ağdam klubunda yeni transferlər Miçel və Armenteros da şans veriləcəyi təqdirdə özlərini göstərə biləcəklər.
 
 
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr
 
00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
London. “Uayt Hart Leyn”. Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.