Əmanətçilər Maydanda toplaşdılar, Poroşenkonun iqamətgahına yürüş etdilər
Bu şəkilləri Musavat.com əməkdaşı dünən Ukraynanın paytaxtı Kiyevin baş meydanında və əsas mərkəzində – Maydanda və Prezident Administrasiyanın yaxınlığında çəkib.
Əməkdaşımızın sözlərinə görə, hər iki şəkildə eyni adamlardır: onlar öz etirazlarına Müstəqillik meydanında başlayıblar, burada 40 dəqiqəyə yaxın müddətdə çıxışlar etdikdən sonra Kreşşatik küçəsi ilə yürüşə çıxıb, daha sonra Prezident Administrasiyanın 30-40 metrliyində dayanaraq aksiyalarını davam etdiriblər.
Bu şəxslər iflasa uğramış (uğradılmış) “Delta” bankının əmanətçiləri və vaxtilə bu bankın xidmətindən yararlanan, indi isə ziyana düşmüş hüquqi və fiziki şəxslərdir. Onların hamısının bağlanan bankda əmanətləri və hesabları olub. Hazırda bu şəxslər kütləvi aksiya vasitəsilə haqlarını tələb edirlər, prezident Petro Poroşenkonun bu məsələ ilə ciddi məşğul olmasını, dövlətin onlara kompensasiya ödəməsini tələb edirlər.
Əməkdaşımız bildirir ki, Prezident Administrasiyasının 30 addımlığında qərar tutan şəxslər ona görə daha yaxına gedə bilməyiblər ki, burada onların qarşısını hüquq-mühafizə orqanlarının əməkdaşları kəsiblər və irəliləmələrinə, prezidentin iqamətgahı və Ali Rada binasının qapısına dayanmalarına icazə verməyiblər.
Bununla belə, aksiyaçılar səsgücləndiricilər vasitəsi ilə öz səslərini prezidentin diqqətinə çatdırmağa müvəffəq olublar.
Musavat.com əməkdaşı bildirir ki, aksiya dinc şəkildə başa çatıb, polislər iştirakçılara heç bir təzyiq göstərməyib, iştirakçılar da hər hansı bir əndazədən kənar hərəkətə yol verməyiblər.
Müşahidəçilər bildirilər ki, bir həftəyə yaxındır ki, bu şəxslər kiçik qruplarla etirazlarını bildirirlər, amma etiraz edənlərin sayı artmaqdadır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.