banner
banner

İdman

"Qarabağ" çox yaxşı oynadı" – "Tottenhem"in baş məşqçisi

"Qarabağ" çox yaxşı oynadı" –

"Oyun bizim üçün asan keçmədi. Erkən qol buraxdıq. Ancaq şadam ki, komandam xarakter göstərərək qələbə qazandı".

Cial.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.

43 yaşlı mütəxəssis "Qarabağ"ın yaxşı mübarizə apardığını bildirib: "Qarabağ" yaxşı komandadır. Bu komanda gözəl oyun fəlsəfəsinə malikdir. Rəqib bu gün çox yaxşı oynadı. Qalib gəldiyimiz üçün şadam. Avropa Liqasını qazanmaq asan deyil. Bu nə dərəcədə realdır, böyük sualdır. Ancaq biz turnirin finalına qədər irəliləyib, kuboku qazanmağa çalışacağıq".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"ı qəbul edən "Tottenhem" 3:1 hesabı ilə qələbə qazanıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.