CHP lideri Kamal Kılıçdaroğlu TSK Reabilitasiya Mərkəzində müalicə alan qazilərə baş çəkib. 19 sentyabr Qazilər günü ilə əlaqədar xəstəxanaya baş çəkən CHP rəsmisi orada müayinə olunan müğənni İbrahim Tatlısəslə də görüşüb.
Kılıçdaroğlu Tatlısəsin Amerikadakı beyin əməliyyatından sonra Reabilitasiya Mərkəzindəki müalicə müddətinin gedişatı ilə maraqlanıb.
Tatlısəsin “Mənə burada yaxşı baxırlar” sözlərinə Kılıçdaroğlu “ Yaxşı görünürsünüz. Səsiniz də yaxşı gəlir”, - deyə qarşılıq verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.