banner
banner

İdman

"Tottenhem" qələbə qazandı, "Monako" uduzdu

"Tottenhem" qələbə qazandı,

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan komandalar növbəti oyunlarına çıxır.
Hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext" bu gün ölkə çempionatında növbəti oyununu keçirəcək.

“Tottenhem” İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında “Kristal Palas”ı qəbul edib. Matçın taleyini bir qol həll edib. "Qarabağ"la görüşdə dubl edən Hin-Min Son bu oyunda da fərqlənib. Cənubi koreyalı futbolçunun 68-ci dəqiqədə vurduğu qol "Tottenhem"ə minimal hesablı qələbə qazandırıb - 1:0.

“Monako” Fransa Liqasının 6-cı turunda doğma meydanda “Loryan”la qarşılaşıb. Oyun Monako təmsilçisi üçün yaxşı başlamayıb. Hesabda 0:2 geri düşən "Monako" iki qol vuraraq bərabərliyi bərpa edib. Lakin daha bir qol buraxan meydan sahibləri görüşdən məğlub ayrılıb - 2:3.

“Anderlext”  isə Belçika Liqasının 8-ci turunda “Şarleroy”un qonağı olacaq.





20 sentyabr

İngiltərə Premyer Liqası, 6- tur

17:30.”Tottenhem” – “Kristal Palas” - 1:0
Qol:
 Hin-Min Son, 68 (1:0)


Fransa Liqası, 6-cı tur

20:00. “Monako” – “Loryan” - 2:3
Qollar: 
Ndonq, 12 (0:1), Jinnot, 18 (0:2), Ture, 21 (1:2), Lemar, 47 (2:2), Maokandjo, 59 (2:3)

Belçika Liqası, 8-ci tur

21:00. "Şarlerua” – “Anderlext”

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.