banner
banner

Dünya

1288 PKK-çı öldürülüb

1288 PKK-çı öldürülüb
İyulun  22-dən  indiyədək  Türkiyə ordusunun  Şimali İraqda və ölkə daxilində  keçirdiyi əməliyyatlar nəticəsində   ümumilikdə 1288 terrorçu öldürülüb.
Bu haqda Türkiyə hakimiyyətinə yaxın media  təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb. 
Məlumatda  bildirilir ki, hava əməliyyatları ilə  yanaşı, tank və top atələri nəticəsində  terror təşkilatı böyük itki verib.
 
Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Sinat-Haftanində yerləşən PKK hədəflərinə qarşı sentyabrın 15-də keçirdiyi hava əməliyyatı nəticəsində , terror təşkilatının istifadə etdiyi mağaralar, ağac altı çadırlar, xüsusi qorunma altında olan  məskunlaşma sahələri, logistika və sursat anbarları, yer üstü  sığnacaqlar  tamamilə darmadağın edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.