banner
banner

İdman

“Qəbələ”nin oyunlarının vaxtı dəyişdirildi

“Qəbələ”nin oyunlarının vaxtı dəyişdirildi

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.

Cia.az PFL-in saytına istinadən məlumat verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan Peşəkar Futbol Liqası “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

Premyer Liqanın VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.