"Atletiko"nun prezidenti Enrike Sereso komandanın futbolçusu Arda Turan haqda müsbət fikirlər səsləndirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini futbol dahisi adlandırıb. Bildirib ki, Ardanın futbolçu karyerasını "Atletiko"da başa vurmasını istəyir:
"Arda mükəmməl futbolçudur. Ona həm də dost kimi böyük hörmətim var. Onun oyun üslübuna heyranam. Əgər Arda meydandadırsa, həmin oyun maraqlı olur. Azarkeşlər də onun oyununu və xarakterini bəyənir. Ardanın futbolçu karyerasını "Atletiko"da başa vurmasını istəyirəm. Düşünürəm ki, o da burada oynamaqdan məmnundur".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.