banner
banner

İdman

AFFA “Xəzər Lənkəran”ı cəzalandırdı

AFFA “Xəzər Lənkəran”ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Iclasda həftəsonu keçirilən Topaz Premyer Liqasının 5-ci turu, əvəzedicilərin çempionatı və birinci divizionla bağlı cəzalar açıqlanıb. 

Topaz Premyer Liqasının V turunun “Zirə” – “Rəvan” matçının 82-ci dəqiqəsində “Zirə” klubunun 2 nömrəli futbolçusu Mbah Chimezie ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur .

Topaz Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 nömrəli futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur .

Əvəzedici heyətlərin V turunun “Zirə” – “Rəvan” matçında oyunöncəsi iclasda “Zirə” klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur.

“Zirə” klubu yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. 
Əvəzedici heyətlərin V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur .

I Divizionun II turunun “Zaqatala” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur .

I Divizionun II turunun “Bakılı” – “Energetik” matçının 59-cu dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.