Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub.
Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.
22 sentyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
22:00. Slovakiya - Azərbaycan - 1:1 Qollar: Vitali Borisov, 8 (0:1), Rafay, 25 (1:1) İlk oyun - 1:3 Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya) Trnava. "Mestska Sportova Hala" stadionu.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.