Rumıniyanın Praxov məhkəməsi “LUKoil” və onun törəmə müəssisəsi olan “Petrotel”in aktivləri və hesablarının dondurulması şikayətinin yarısını təmin edib.
Bununla da “Petrotel”in 642 mln. avro və “LUKoil Europe Holdings BV”-nin 542 mln. avrosuna həbs qoyulub. Qeyd edək ki, daha öncə bu şitkətlərin 2 mlrd. avroluq hesablarına həbs qoyulmuşdu. Məhkəmənin fikrincə, həbs qərarı bu şirkətlərdə çirkli pulların yuyulması və vergidən yayınma faktlarının araşdırılması səbəbi ilə verilib.
Qeyd edək ki, “LUKoil”un prezidenti Vahid Ələkbərov bu ilin iyulun 9-da Rumıniya prezidenti Klaus Yoxannisə onunla görüşmək arzusunda olması barədə məktub göndərib. Lakin bu görüş hələ də baş tutmayıb
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.