banner
banner

Dünya

İraqda vəba epidemiyası baş qaldırıb

İraqda vəba epidemiyası baş qaldırıb

Bu xəstəlik bir neçə il əvvəl Əfqanıstanda da yayılmışdı

 

İŞİD silahlı qruplaşmasından torpaqlarını geri almağa çalışan iraqlılar indi də yeni bir düşmən – vəba (xolera) yoluxucu xəstəliyi ilə üz-üzə qalıblar.
 
Bu xəstəlik ötən həftə Bağdaddan 25 km qərbdə yerləşən Əbu Qəraib şəhərində aşkarlanıb, ancaq artıq yoluxanların sayı 121-ə çatıb. Səhiyyə nazirliyinin sentyabrın 23-də yaydığı məlumata görə, Əbu Qəraibdə azı 4 nəfər bu xəstəlikdən ölüb və xəstəlik sürətlə Fərat çayı boyunca cənub əyalətlərinə yayılır.
 
Bağdadın cənubunda Babil əyalətində də yoluxanlar var, azı 54 nəfər xəstələnib.
 
Vəba daha çox çirkli su və ərzaq vasitəsilə yayılır. Müalicə olmasa, dehidrasiya və böyrək çatışmazlığı səbəbindən bir neçə saat ərzində ölümə səbəb olar.
 
İraqın su və kanalizasiya sistemləri isə köhnədir, infrastrukturun inkişafı illərdir müharibə və baxımsızlıq üzündən əngəllənib.
 
Baş nazir Hayder al-Abadi xüsusilə Əbu Qəraib ərazisində fövqəladə tədbirlərin həyata keçirilməsi barədə göstəriş verib 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.