Həkimlərin əksəriyyəti ən ziyanlı qidaların siyahısına fikirləşmədən qızardılmış kartofu daxil edirlər.
Bunun bir neçə səbəbi var. Əslində kartof faydalı və hətta müalicəvi tərəvəzdir. Lakin qızardılma zamanı onun faydalı xüsusiyyətləri itir, ziyanı isə kosmik sürətlə artır.
- Qızardılmış kartofun qlikemik indeksi çox yüksəkdir. Bu indeks təxminən 95 təşkil edir (100 - ən yüksək indeksdir). Belə qidaların qəbulu qanda şəkərin sürətlə qalxmasına və sürətlə də düşməsinə səbəb olur. Şəkər qanda sürətlə düşəndə insan güclü aclıq hiss edir və onun iştahası artır.
Yüksək qlikemik indeksi olan qidalar piylənməyə səbəb olur.
- Qızardılma zamanı yağdan istifadə olunur. Yağın yanması nəticəsində "polifenol" maddələri ifraz olunur. Bu maddələr istənilən yağın (bitki yağı, kərə yağı, piy) yanması zamanı əmələ gəlir. Polifenol güclü kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.
- Digər qızardılmış qidalar kimi, qızardılmış kartof həzm sisteminə çox mənfi təsir edir - həzm prosesləri çətinləşdirir, mədənin selikli qişasını qıcıqlandırır və s. Məhz bu səbəbdən məd-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin tam sağlam insanlara da belə qidalar yalnız ziyan vura bilər.
- Bütün qızardılmış qidalar susuzluğun artmasına səbəb olur. Belə qidalardan sonra insan çoxlu miqdarda su içir. Bu xüsusilə axşam saatlarında yolverilməzdir ki, bunun nəticəsində insanın böyrəkləri həddən artıq yüklənir. Bu isə öz növbəsində arterial təzyiqin qalxmasına, ödemlərə səbəb ola bilər.
Beləliklə, hamının sevimlisi olan qızardılmış kartof əslində çox ziyanlı qidadır. Nəzərinizə çatdıraq ki, fast-fud kafelərdə və restoranlarda (McDonalds və s.) yediyimiz və ya evdə bişirdiyimiz qızardılmış kartof orqanizm üçün eyni dərəcədə ziyanlıdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.