İran Məkkəyə xüsusi heyət göndərəcək - İzhihamı araşdırmaq üçün...
İran xarici işlər nazirinin müavini Həsən Kaşkavi Səudiyyə Ərəbistana diplomatlar və media mənsublarından ibarət xüsusi bir heyət göndərəcəyini açıqlayıb.
Cia.az İranın dövlət televiziyasına istinadən xəbər verir ki, Kaşkavi Minadaki izdihamdan sonra yığıncaq təşkil edib və Səudiyyə Ərəbistana xüsusi bir heyətin göndərilməsi barədə qərar qəbul edib.
Kaşkavi özünün heyətə başçılıq edəcəyini bildirib.
Heyətin vəzifəsi izdiham nəticəsində itkin olan vətəndaşların vəziyyətini araşdırmaq, yaralı və vəfat edənləri ölkəyə nəql və izdihamın gerçək səbəbini araşdırmaqdan ibarət olacaq.
Nazir müavini Səudiyyə Ərəbistan rəhbərliyindən viza üçün təsdiq gözlədiklərini söyləyib.
Qeyd edək ki, Məkkədəki izdihamda 136 iranlının həyatını itirib, 102 iranlı isə yaralanıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.