banner
banner

İdman

“Bunu qəbul edə bilmərəm...” - Abdullayev şikayət edəcək

“Bunu qəbul edə bilmərəm...” -

"90+2-ci dəqiqədə qapımıza təyin olunmuş penaltini qəbul edə bilmərəm. Özünüz də gördünüz ki, orada penalti yox idi. Mən yüz faiz qalib gəldiyimizi hesab edirəm".

Cia.az report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan çempionatının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən oyundan (1:1) sonra "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev bildirib.

O, media nümayəndələrindən "Neftçi"nin "Qarabağ"ın Suraxanıda yeni inşa olunan arenasında necə oynadığını, özünü necə göstərdiyini yazmalarını xahiş edib:

"Əksər futbolçularımız gənclərdir. 90+2-ci dəqiqədə qapımıza təyin olunmuş penaltini qəbul edə bilmərəm. Açıq deyirəm, futbolçulara da demişəm ki, biz bu gün qalib gəlmişik. Özünüz də gördünüz. Futboldan yazırsınızsa, gözəl anlayırsınız ki, orada penalti yox idi. Mən yüz faiz qalib gəldiyimizi hesab edirəm".

Epizodun təkrarına baxdığını bildirən sədr bu məqamla bağlı klubun şikayət edəcəyini bildirib:

"Bəli, mütləq şikayət edəcəyik. Komanda oynamalıdır. "Neftçi" bu gün bura qonaq kimi gəlib sübut etdi ki, oynaya bilir. Bura gələndə bəziləri "sizin şansınız yoxdur. Görün, "Qarabağ" necə möhkəm komandadır. Avropa Liqasının qrup mərhələsində oynayır" kimi sözlər deyirdi. Doğrudan da yaxşı komandadır. "Qarabağ"ı da, "Qəbələ"ni də həmişə bəyənmişik. Amma bu gün "Neftçi" sübut etdi ki, Ağdam komandasından ən azı pis oynamır. İstəmirəm bu sözü deyim, amma deyəcəyəm: bu gün bəlkə də "Qarabağ"dan yaxşı çıxış etmişik. Bəlkə yox, 100 faiz belədir".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.