Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.
Cia.az xəbər verir ki, son çempion “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Xal itkisinə baxmayaraq, “Qarabağ” klubu liderliyini davam etdirir, klub “Qəbələ”dən 1 xal irəlidədir.
“Neftçi” klubu isə bu heç-heçə ilə xallarının sayını 9-a çatdırıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Günün digər qarşılaşmasında da eyni hesab qeydə alınıb. “Sumqayıt”-“AZAL” görüşü də 1:1 hesabı ilə yekunlaşıb.
Hazırda “Qarabağ” 14 xalla çempionatın vahid lideridir. “Qəbələ” və “İnter” 13 xalla ikinci-üçüncü yerləri bölüşür.
Turun sonuncu qarşılaşması sentyabrın 27-də Lənkəranda oynanılacaq. “Xəzər Lənkəran” paytaxtın digər təmsilçisi “Zirə”ni qəbul edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.