banner
banner

İdman

Yunis Hüseynov: "Penalti var idi"

Yunis Hüseynov: "Penalti var idi"

“Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsindən qapımıza penalti təyin olundu".

Cia.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı.  Məncə, penalti var idi. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla  oynayacağıq" - deyə o bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.