"Barselona"nın futbolçusu Lionel Messinin son durumu müəyyənləşib.
Cia.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"a qarşı matçda zədələnən argentinalı hücumçu tibbi müayinədən keçib. Sol dizindən problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, L.Messi "Las Palmas"a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.