Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir.
Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağalmır. Bu təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağalması çox ciddi xəstəliklərin simptomu ola bilər.
Beləliklə, hansı səbəblərə görə yaralar gec sağalır?
- Əgər yara uzun müddət ərzində sağalmırsa, bu yaraya infeksiyanın düşməsindən xəbər verə bilər. Bu halda yara şışır, qızarır, ağrıyır, bədən hərarəti qalxa bilər. Bu təhlükəli haldır. Xəstə mütləq cərraha müraciət etməlidir.
- Şəkərli diabet zamanı yaralar çox gec sağalır. Bu diabetin ilk simptomlarından biridirir. Yaralar gec sağalırsa, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.
- Avitaminoz və hipovitaminoz (vitamin və mineralların çatışmazlığı) da yaraların gec sağalmasına səbəb ola bilər.
- İmmun sisteminin zəifləməsi, immunodefisitlər zamanı yaralar çox gec sağalır. Bu səbəbdən əgər yaralar çox gec sağalırsa, bu insanın immun sistemində olan pozulmalardan xəbər verə bilər.
- Spirtli içkilərin daim qəbulu yaraların daha gec sağalmasına səbəb ola bilər.
- Bəzi dərman preparatları (aspirin, ibuprofen və digər iltihabəleyhinə preparatlar) qanın laxtalanmasını azaldır və nəticədə yaralar daha gec sağalır.
- Natamam qidalanma, aclıq yaraların gec sağalmasına səbəb olur. Yaraları bağlayan kollagen liflərinin sintezi üçün orqanizm kifayət miqdarlarda zülalları, kabohidratları, yağları almalıdır. A və C vitaminləri, bəzi minerallar da yaraların sağalması üçün çox vacibdir.
- Yaşlı insanların orqanizmində bir çox proseslər ləngiyir. Bu, o cümlədən, yaraların daha gec sağalmasında özünü büruzə verir. Hamı bilir ki, uşağın orqanizmi çox tez bərpa olunur, istənilən yara, cızıq və s. çox tez sağalır. Yaşlı insanlarda isə əksinə.
- Qan dövranı pozulmaları yaraların gec sağalmasına səbəb ola bilər. Bu pozulmalar ürək-damar sistemi xəstəlikləri zamanı inkişaf edir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.