banner
banner

İdman

Prokuror oğlu çempion oldu

Prokuror oğlu çempion oldu

Azərbaycanda polis zabiti respublika çempionu olub.

Trend xəbər verir ki, idmana dəstək sahəsində çoxillik müsbət ənənəyə malik olan polis orqanlarının əməkdaşları ölkəmizdə idman mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verməklə bu istiqamətdə də fəal iştirak edirlər.

Polis zabiti Mircavad Kazımzadə 25-27 sentyabr tarixlərində Bakıda “Powerlifting” idmanının “Bench-press” növü üzrə böyüklər arasında keçirilən respublika çempionatında 180 kq ağırlığın öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bu mötəbər yarışda M.Kazımzadə 90 kq çəki dərəcəsində çıxış edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən M.Kazımzadə 2009-cu ildə Finlandiyada keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.

Saytın əldə etdiyi məlumata görə M.Kazımzadənin atası Mircavan Kazımov uzun illərdir Azərbaycan prokurorluğu orqanlarında çalışır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.