banner
banner

İdman

Bakıda möhtəşəm işıq şousu - FOTOLAR

Bakıda möhtəşəm işıq şousu

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.

Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.

İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.