banner
banner

Dünya

PKK-dan xain hücum: 2 polis öldü

PKK-dan xain hücum:
Türkiyənin Adana vilayətində 2 polisin ölümü ilə nəticələnən terror aktı törədilib. ANS PRESS-in məlumatına görə, hadisə Seyhan rayonunun Dağlıoğlu məhəlləsində baş verib. 

Dağlıoğlu polis bölməsinin əməkdaşları xidməti avtomobillə Adana “Güney” xəstəxanasının həyətindən çıxarkən PKK terrorçularının silahlı hücumuna məruz qalıblar. Ağır yaralanan 2 polis xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb. Hücum zamanı avtomobili sürən polis isə hadisəni xəsarətsiz ötüşdürüb. 
 
Hadisə yerinə dərhal çox sayda polis və hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Adana polis idarəsinin rəisi Cengiz Zeybek də hadisə yerində olub hücumun törədildiyi yerə baxış keçirib. 
 
Faktla bağlı istintaq başladılıb və hücumu törədən terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir. 
 
Bir neçə gün əvvəl Türkiyə xüsusi xidmət orqanlarının təslim olan terrorçuların ifadələri əsasında hazırlanmış hesabat yayılmışdı. Bu hesabatsayəsində separatçı PKK terrorçularının bir çox gizlinləriaşkara çıxmışdı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.