Avropa Liqasının qrup mərhələsinin ikinci turunda oktyabrın 1-də “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Steven Defur yerli mətbuata açıqlama verib.
Cia.az xəbər verir ki, o. təmsilçimizlə oyundan danışıb. Defur bildirib ki, “Qarabağ”la oyunda ehtiyatlı olmalıdırlar: “”Qarabağ”ın “Tottenhem”lə oyununa baxsaq, İngiltərə klubuna qarşı çox yaxşı oynadılar. Bizim məşqçilərin həmin oyunu izləmişdilər və Azərbaycan klubunun hücumda yaxşı çıxış etdiyini bildiriblər.
“Tottenhem” və “Monako” ilə müqayisədə “Qarabağ” üzərində qələbə qazanmaq mümkündür. Biz Bakıda müdafiədə ehtiyatlı olmaqla yanaşı hücumda da məhsuldar oynamalıyıq. Reynaldo və Samuel Armenterosu tanıyırıq və onların hücum xəttində təhlükəli olduğunu bilirik. Həmçininn Azərbaycana uzun yol qət edəcəyik. Bu bizdə yorğunluq yarada bilər. İstirahət etməli və oyuna ideal vəziyyətdə çıxmalıyıq”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.