banner
banner

Dünya

Toy karvanına aviahücum - 131 ölü

Toy karvanına aviahücum -
Yəmənin cənub-qərbində toy mərasiminin hərbi aviasiya tərəfindən 2 dəfə bombalanması nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var.
 
Hadisə sentyabrın 28-də baş verib. “Associated Press”in xəbərinə görə, havahücumu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilib. Səudiyyə Ərəbistanı rəhbərliyi isə aviazərbələrlə koalisiya qüvvələrinin heç bir əlaqəsinin olmadığını açıqlayıb.
 
Yəmən hökuməti aviazərbələrin səhvən baş verdiyini və hədəfin qiyamçı husilərin mövqeləri olduğunu bildirib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.