Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov və bir futbolçusu 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq. “Anderlext”`in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.
“Qarabağ”ın açıq məşqi 18:30-da Suraxanıdakı bazasında olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.