Avrokubokdakı təmsilçimizdən "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar.
İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.
Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.
İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı, oyunda isə 51-ci dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.
Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefin soğan doğrayıb".
Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.
Qrupun digər oyununda isə ilk matçda Bakıda "Qəbələ" ilə qolsuz bərabərliyə razılaşan PAOK öz meydanında Dortmund "Borussiya"sına uduzmayıb. Qarşılıqlı vurulan 1 qol, hər komandaya 1 xal qazandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.