banner
banner

Dünya

NATO Avropada irimiqyaslı təlimlərə başlayır

NATO Avropada irimiqyaslı təlimlərə başlayır
Sentyabrın 3-də NATO-nun Avropada son 13 ildə ən irimiqyaslı hərbi təlimləri başlayır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, üç ölkə ərazisində (İtaliya, İspaniya, Portuqaliya) keçiriləcək təlimlərdə 36 min hərbçi 30 ölkəni təmsil edəcək.
 
Təlimlərdə 200  döyüş təyyarəsi və 50 hərbi gəminin iştirakı nəzərdə tutulub.
 
“Trident Juncture-2015”  NATO-nun 2002-ci ildən bəri Avropada keçirdiyi ən irimiqyaslı təlimidir. Təlimlərə Şimali Atlantika alyansına üzv ölkələr, o cümlədən tərəfdaş dövlətlərin quru qoşunları, hərbi-hava qüvvələri və xüsusi təyinatlı bölmələri cəlb ediləcək.
 
Təlimlər noyabrın 6-dək davam edəcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.