banner
banner

Dünya

Rusiyadan şok açıqlama: "ABŞ silahlı münaqişə zonalarında qəsdən GPS siqnalına müdaxilələr edir"

Rusiyadan şok açıqlama:
Rusiya Silahlı Qüvvələri Amerikanın GPS naviqasiya sisteminə etibar etmir, çünki onun siqnallarına qəsdən müdaxilələr və bilərəkdən yanlış düzəlişlər edilir.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” (“Qenştab”) proqramında bildirib.
 
“Son silahlı münaqişələrin təhlili göstərdi ki, düşmən dezinformasiya məqsədilə öz sistemlərinin naviqasiya göstəricilərinə qəsdən düzəlişlər etmək imkanından aktiv şəkildə istifadə edir. Biz GPS qəbuledicilərinin təqdim etdiyi məlumatları nəzərə almırıq”, deyə  Anatoli Nesteçuk qeyd edib.    
 
“Onlar, həqiqətən, bu üsuldan istifadə edirlər”, deyə general fikrini bir daha təsdiqlədi. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.