banner
banner

Dünya

Misirdə daha iki polis öldürüldü

Misirdə daha iki polis öldürüldü
Misirdə silahlı toqquşmalar baş verməkdə davam edir.
 
Sina yarımadasındakı Ariş kəndində naməlum şəxslərin odlu silahdan atəş açması nəticəsində iki polis həyatını itirib.
 
Son məlumatlara görə, cinayətkarların ələ keçirilməsi üçün axtarışlar davam etdirilir.
 
Digər tərəfdən, başqa bir polis işdən evə qayıtdığı əsnada silahlı hücuma məruz qalıb. Nəticədə polis ağır yaralanıb. 
 
Misirin Sina yarımadasında son zamanlar polislərə qarşı hücumlar təşkil olunur. 
 
Qeyd edək ki, bu hücumlara görə məsuliyyəti terror təşkilatı DAEŞ-ə biət etdiyini açıqlayan “Sina Vilayəti” adlı qruplaşma öz üzərinə götürmüşdü.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.