banner
banner

İdman

"Qarabağ"dan möhtəşəm jest: "Bizə bu cür qələbə lazım deyil"

"Qarabağ"dan möhtəşəm jest:
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "İnter" - "Qarabağ" matçında qonaqlar inanılmaz jest ediblər.
Görüşün 88-ci dəqiqəsində baş hakim Elvin Əsgərovun meydan sahiblərinin qapısına təyin etdiyi penaltini Elvin Məmmədov bilərəkdən qapıdan kənara göndərib.
Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcü qapıçının sonuncu ümid qolu kimi dəyərləndirilərək, meydandan qovulmasını şərtləndirib.
Nəticədə, bütün əvəzetmələrdən istifadə etmiş "İnter"in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.
Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Kvekveskiri "ağ bayraq" qaldırıb.
Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sözügedən penalti epizodunu belə şərh edib:
"Penaltidə özüm şübhəli qaldım. Epizoda hakimdən daha yaxın idim. Oyundan sonra Reynaldodan da dəqiqləşdirdim. Etiraf etdi ki, penalti yox idi. Bizə bu cür qələbələr lazım deyil. Ancaq çox dərinə varmayaq. Bu cür hallar olur. Buna görə də qərara aldıq ki, penaltini vurmayaq".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.