"Liverpul" baş məşqçisi Brendan Rodcerslə yolları ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə Premyer Liqasında bu gün keçirilən "Everton"la matçdan (1:1) sonra B.Rodcesrlə müqavilənin ləğv edilməsi barədə qərar verilib.
Qeyd edək ki, B.Rodcers 2012-ci ildən "Liverpul"da çalışırdı.
Əlavə edək ki, "Liverpul" ölkə çempionatında 8 turdan sonra 12 xalla 10-cu pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.