banner
banner

İdman

"Qəbələ" və "Qarabağ" qalib gəldi

"Qəbələ" və "Qarabağ" qalib gəldi

Azərbaycan Premyer Liqasının VII tura yekun vurulacaq.

Son oyun gününə daha üç qarşılaşma nəzərdə tutulub.

Gəncədə "Kəpəz" doğma azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkib. Şahin Diniyevin komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçirilib. Burada "İnter" klubu Premyer Liqanın son qalibi "Qarabağ"la üz-üzə gəlib. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün son qarşılaşması Qəbələ şəhər stadionunda keçirilİB. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda "Qəbələ" rəqibini darmadağın edib - 6:0.


4 oktyabr (bazar)

Azərbaycan Premyer Liqası, 7-ci tur

21:00. “Qəbələ” – “Xəzər Lənkəran” - 6:0 
Qollar: 
Dodo, 1 (1:0), Fakunda Pereyra, 10 (2:0), Aleksey Qay, 45 (3:0), Aleksey Antonov, 76 (4:0), Fakunda Pereyra, 79 (5:0), Ermin Zets, 89 (6:0)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu.

19:00. “İnter” – “Qarabağ” - 0:2 
Qollar: 
Dani Kintana, 30 (0:1), Reynaldo, 90+6 (0:2)
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
Bakı. "İnter Arena".


16:00. “Kəpəz” – “Sumqayıt” - 3:1 
Qol: 
Junior, 9 (1:0), Uğur Pamuk, 66 (1:1), Junior, 80 (2:1), Rəşad Eyyubov, 90+1 (3:1)
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu.

 

2 oktyabr (cümə)

AZAL – “Rəvan” - 1:0
Qol:
 Nuqzar Kvirtiya, 7 (1:0)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
Bakı. “AZAL Arena”



3 oktyabr (şənbə)

“Zirə” – “Neftçi” - 2:0
Qollar: 
İqor İvanoviç, 19 (1:0), Nelson Bonilla, 72 (2:0)
Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
Zirə  İdman Kompleksinin stadionu.





Turnir cədvəli

  •   
  •  
N Klublar O Q H M T-F X
1 Qarabağ 7 5 2 0 13-6 17
2 Qəbələ 7 5 1 1 16-4 16
3 Zirə 7 4 3 0 7-2 15
4 İnter 7 4 1 2 5-5 13
5 Neftçi 7 2 3 2 7-7 9
6 Kəpəz 7 2 2 3 7-7 8
7 Xəzər Lənkəran 7 1 3 3 5-11 6
8 AZAL 7 1 1 5 2-8 4
9 Sumqayıt 7 0 4 3 4-8 4
10 Rəvan 7 0 2 5 4-12 2



Bombardirlər: 

Aleksey Qay ("Qəbələ") - 4 qol
Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 3 qol
Dieqo Martins ("İnter") - 3 qol
Riçard Almeyda ("Qarabağ") - 3 qol
Aleksey Antonov ("Qəbələ") - 3 qol

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.