"Barselona" "Çelsi"yə transfer olunan Pedro Rodriqezə əvəzləyici tapıb.
Cia.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, "Arsenal"ın hücumçusu Teo Uolkot Kataloniya təmsilçisinin maraq dairəsinə düşüb.
"Barselona"nın baş məşqçisi Luis Enrike yanvar ayından ingilis futbolçunu komandasında görmək istəyir. 26 yaşlı futbolçunun təzminat qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, Uolkotun "Arsenal"la müqaviləsi 2019-cu ildə başa çatacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.